[b]Yığmamız revanşı aldı[/b]
22.06.2016 - 11:28
[b]Yığmamız revanşı aldı[/b]

İyunun 10-dan etibarən təlim-məşq toplanışını Rusiyanın Rostov şəhərində davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamız yenə “Rostselmaş” klubu ilə üz-üzə gəlib.

 

Millimiz bu dəfə “Rostselmaş”ın U-19 komandası ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını Kamran Quliyev, Xəqani Sadıxov, Murad Bağırov və Ərşad Xankişiyev vurublar.

 

Qeyd edək ki, U-17 yığmamız iki gün öncə də “Rostselmaş”ın gəncləri ilə qarşılaşmış və 3:4 hesabı ilə məğlub olmuşdu.