Azərbaycan yığmasının (U-17) təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Təbriz Həsənov Rusiyanın Rostov şəhərində baş tutacaq hazırlığa 24 futbolçu dəvət edib.
O, Nicat Mehbalıyev (Bakı), Turan Vəlizadə (Fənərbaxça, Türkiyə), Ərşad Xankişiyev (Qarabağ), Xəqani Sadıxov (Xəzər Lənkəran), Muhammet Can Tuncer (Altınordu, Türkiyə), Samir Oruclu, Murad Bağırov (hər iksi İnter), Marat Əzizov, Sultan Mustafayev (hər iksi Vətən), Məhəmməd Məhərrəmov, Vüsal Mustafayev, Kamran Quliyev, İzzət Muştaqov, Fərid Nadirov, Əmrah Zülfüqarlı, Samir Qurbanov (hamısı Qəbələ), Bəşir Ayralov, Elton Əlibəyli, Mehman Süleymanlı, Fərid Mahmudov, Mehman Məsimov (hamısı Neftçi), Şakir Seyidov, Əli Hacıyev və Zahid Mərdanovu (hamısı Əlincə) sınaqdan keçirəcək.
İyunun 10-dan başlayacaq təlim-məşq toplanışı ayın 25-ə qədər davam edəcək.
Mənbə: affa.az