Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı 5-ci qrupda da 1 qarşılaşma baş tutacaq.
Bu matçda yığmamız meydana çıxacaq. Komandamız AVRO-2019-un seçmə mərhələsində ilk görüşünü keçirəcək.
Yaşar Vahabzadənin baş məşqçisi olduğu komanda İsraillə görüşəcək. Bu, hər iki yığmanın yeni tsikldə “siftə”si olacaq. Qrupumuzda 3 oyun keçirilsə də, Azərbaycan və İsrail mübarizəyə yalnız indi start verəcək.
4 gündən sonra daha güclü İrlandiyanı qəbul edəcək millimiz ilk səfərdən xalla dönmək üçün mübarizə aparacaq. Yeni tsiklə yeni ümidlərlə başlayan yığmamız yekunda qənaətbəxş nəticə əldə etmək üçün ilk matçdan uğur əldə etməlidi.
Rumıniyadan olan hakimlərin idarə edəcəyi qarşılaşma Akko şəhərində baş tutacaq. Matç 5 min tamaşaçı tutumuna malik arenada keçiriləcək. Yığmamızın tsikldəki ilk oyunu Bakı vaxtı saat 20:30-da başlayacaq.
21 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, 5-ci qrup
31 avqust
20:30. İsrail – Azərbaycan
Baş hakim: Katalin Qaman
Baş hakimin köməkçiləri: Mirça Qriqoriu, Marius Nikoara
Dördüncü hakim: Katalin Popa (hamısı Rumıniya)
Akko. Munisipal stadionu
|
1 |
İrlandiya |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
2 |
Kosovo |
2 |
1 |
0 |
1 |
3-1 |
3 |
|
3 |
Norveç |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
|
4 |
Azərbaycan |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
|
5 |
Almaniya |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |
|
6 |
İsrail |
0 |
0 |
0 |
0 |
0-0 |
0 |