[b]Yığmamız Tiflisdə qalib gəldi[/b]
14.02.2017 - 15:10
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan yığmamız ikinci sınağına çıxıb.
Siyasət Əsgərovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupu üzrə komanda ilə qarşılaşıb. Millimiz bu görüşdə 1:0 hesabı ilə qalib gəlib. Komandamıza Sona Rəhimovanın vurduğu qol sayəsində qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.
0
0