[b]Yığmamız üçün 16-cı potensial rəqib[/b]
14.04.2016 - 09:00
[b]Yığmamız üçün 16-cı potensial rəqib[/b]

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində son qarşılaşmada İtaliya Macarıstanı qəbul edib.

 

Səfər qarşılaşmasında 3:0 hesabı ilə qalib gələn appeninlilər bu dəfə daha amansız olub. Macarıstanın qapısından 6 cavabsız qol keçirən meydan sahibləri Kolumbiyada keçiriləcək mundiala vəsiqə qazanıb.

 

Qeyd edək ki, bununla da sentyabrın 10-dan oktyabrın 1-dək keçiriləcək final mərhələsinə vəsiqə qazananların sayı 17-yə çatıb. Meydan sahibi Kolumbiya ilə yanaşı, son dünya çempionu Braziliya, həmçinin Argentina, Paraqvay Cənubi Amerikanı, Özbəkistan, İran, Tailand, Avstraliya, Vyetnam Asiyanı, Solomon adaları Okeaniyanı, Azərbaycan, Qazaxıstan, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya, İtaliya Avropanı təmsil edəcək. Bu komandalar qrup mərhələsində Azərbaycan millisinin potensial rəqibləridi. Munaidlın digər 7 iştirakçısından 4-ü KONKAKAF zonasını, 3-ü Afrikanı təmsil edəcək.

 

DÇ-2016

Avropa zonası üzrə pley-off

Cavab oyunu, 13 apreı

İtaliya – Macarıstan – 6:0 (3:0)