[b]Yığmamız üçün təqvim[/b]
16.10.2015 - 16:51
[b]Yığmamız üçün təqvim[/b]

2015-ci ildə son oyununu noyabrın 17-də Moldovaya qarşı keçirəcək Azərbaycan millisi növbəti sınağına bundan 4 ay sonra çıxa bilər. Apasport.az saytının məlumatına görə, FİFA-nın 2016-cı il üçün təqvimində yoxlama görüşlərinin ilk “pəncərə”si martın 21-29-dadı.

 

Həmin müddətdə millilər bir, hətta iki yoxlama matçı keçirə bilər. Lakin Azərbaycan yığması hələ rəqib axtarışına belə başlamayıb.

 

Komandamız üçün növbəti “pəncərə” isə mayın 30-dan iyunun 7-dək olacaq. AVRO-2016-nın final mərhələsinə hazırlıq keçən yığmaların da ardıcıl yoldaşlıq oyunları keçirəcəyi dövrdə millimizin də fəallaşması gözlənilir. Əvvəllər də mövsüm başa çatandan sonra bir araya gələn yığmamızın yayın əvvəli üçün də ən azı bir, mümkün olacağı halda isə 2 rəqib tapması istisna deyil.

 

2016-cı ilin ilk yarısında maksimum 4 yoxlama görüşündə qüvvəsini sınamaq imkanı olan komandamız DÇ-2018-in seçmə oyunları ilə eyni vaxtda daha 2 yoldaşlıq oyunu keçirə bilər.

 

Belə ki, avqustun 29-dan sentyabrın 6-dək olan dövrdə bir seçmə oyunu olan Robert Prosineçkinin yetirmələri San-Marino ilə ayın 4-dəki qarşılaşmayadək də meydana çıxa bilər. Noyabrın 7-15-dəki müddətdə isə Şimali İrlandiya səfərinə çıxacaq komandamız ayın 11-dəki görüşlə kifayətlənməyib, yoxlama oyunu da keçirmək imkanına malikdi.

0