[b]Yığmamız UEFA-nın turnirinə məğlubiyyətlə başladı[/b]
16.06.2016 - 14:46
[b]Yığmamız UEFA-nın turnirinə məğlubiyyətlə başladı[/b]

Makedoniyanın Skopye şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında UEFA İnkişaf turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi bu gün ilk matçına çıxıb.

 

Komandamızın rəqibi yerli Makedoniya seçməsi olub. Meydan sahiblərinin oyunçusu Mariya Belistoyanovskanın dubluna (12 və 53-cü dəqiqələr) yığmamız Ayşən Əhmədova (48) və Salome Qasvianinin (80+1) vurduğu qollarla cavab verib. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəliblər. 

 

Yığmamız turnir çərçivəsində növbəti oyununu iyunun 18-də Xorvatiyaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.