[b]Yığmamız yenidən ruslara gücünü göstərmək arzusunda[/b]
23.03.2016 - 14:32
[b]Yığmamız yenidən ruslara gücünü göstərmək arzusunda[/b]

Sabah 21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunda növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq.

 

Bu, Yaşar Vahabzadənin yetirmələrinin 2016-cı ildə ilk rəsmi oyunu olacaq. Seçmə mərhələdə 8-ci görüş komandamız üçün heç də asan keçməyəcək. Çünki futbolçularımız Bakıdakı 3:0 hesablı qələbənin təsadüfi olmadığını sübuta yetirməyə çalışacaqları halda, ruslar darmadağının əvəzini çıxmaq arzusundadılar.

 

Həmçinin rəqibi meydana yeni baş məşqçi çıxaracaq. Bakıdakı məğlubiyyətdən sonra Dmitri Xomuxanı əvəzləyən Nikolay Pisarev komandasını düşdüyü çətin vəziyyətdən çıxarmaq istəyindədi. Çünki bu tsikldə ruslar hələlik yalnız Farer adalarını üstələyə bilib.

 

Azərbaycan millisi isə qələbə sayəsində Finlandiya ilə xalını bərabərləşdirəcək.

 

Qeyd edək ki, qrupumuzda keçiriləcək digər oyunda Almaniya və Farer adaları milliləri üz-üzə gələcək.

 

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi

VII qrup

24 mart

 

20:30. Rusiya - Azərbaycan

Baş hakim: Tomaş Musial

Baş hakimin köməkçiləri: Radoslav Sieyka, Yakub Slusarski

Dördüncü hakim: Tomaş Kviatkovski (hamısı Polşa)

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)

Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya)

Rostov. “Olimp-2” stadionu

 

1

Almaniya

5

5

0

0

20-3

15

2

Avstriya

5

4

0

1

17-7

12

3

Finlandiya

5

3

0

2

6-6

9

4

Azərbaycan

7

2

0

5

5-16

6

5

Rusiya

4

1

0

3

5-9

3

6

Farer adaları

4

0

0

4

0-12

0