[b]Yığmamıza Afrikadan şərik tapıldı[/b]
26.12.2016 - 12:38
[b]Yığmamıza Afrikadan şərik tapıldı[/b]

Azərbaycan milli komandasının 2017-ci ilin ilk FİFA reytinqindəki xal hesabı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan ili 386 xalla dünyanın 90-cı komandası kimi tamamlayan yığmamızın hesabı növbəti cədvəldə dəyişməz qalacaq.

 

Yanvarın 12-də açıqlanacaq siyahıda komandamız 386 xala malik olacaq. Bu da başadüşüləndi. Millimiz son 4 ilin bu dövründə (22 dekabrdan 12 yanvaradək) heç bir matç keçirməyib.

 

Lakin bəzi ölkələrin xal hesabları dəyişəcək. Bu isə cədvəldəki cüzi dəyişiklikləri qaçılmaz edir. Yığmamızın 386 xalla hansı pillədə qərarlaşacağını indidən bəlli olmasa da, müəyyən ehtimallar irəli sürmək olar.

 

Hesablamalar Robert Prosineçkinin yetirmələrinin mövqeyində qalacağını proqnozlaşdırmaq imkanı verir. Amma komandamıza artıq şərik də olacaq. Belə ki, Toqo millisi yığmamıza çatacaq.

 

Afrika təmsilçisi ilayrıcında 1 xal əldə edib, hesabını 386-ya yüksəldəcək. Bu isə afrikalıların Azərbaycana şərik olmasına imkan verəcək.

 

Qeyd edək ki, yanvarda start götürəcək Afrika Millətlər Kubokuna hazırlaşacaq yığmaların yoxlama oyunları proqnozlara ciddi təsir edə bilər.