[b]Yığmamıza qarşı oynadı, cəzalı duruma düşdü[/b]
12.11.2016 - 11:58
[b]Yığmamıza qarşı oynadı, cəzalı duruma düşdü[/b]

Azərbaycan millisi ilə qarşılaşma Şimali İrlandiya üçün itki ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamızı 4:0 hesabı ilə məğlub edib, 3 xal qazanan britaniyalılar Şeyn Ferqyusonu itirib.

 

Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. DÇ-2018-in seçmə mərhələsində 2-ci sarı vərəqəni alan Şeyn növbəti matçı buraxacaq.

 

Maraqlıdı ki, Ferqyuson ardıcıl 2 matçda cəzalanıb. O, oktyabrın 11-də Almaniyaya 0:2 hesabı ilə uduzduqları görüşdə də sarı vərəqə almışdı.

 

Qeyd edək ki, Şeyn 2017-ci martın 26-da Norveçlə keçiriləcək matçı buraxacaq.