[b]Yığmamıza tanış hakim Almaniya – İspaniya matçında[/b]
16.05.2016 - 16:49
[b]Yığmamıza tanış hakim Almaniya – İspaniya matçında[/b]

Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin qarşılaşmalarını idarə edəcək hakimlər müəyyənləşib.

 

Mayın 18-də “Dalğa Arena”ya ilk olaraq Portuqaliya ilə Hollandiya yığmaları ayaq basacaqlar. UEFA görüşü slovakiyalı Peter Kraloviçə etibar edib. Bu, Kraloviçin turnirdə baş hakim qismində 4-cü təyinatı olub.

 

Digər yarımfinal cütlüyündə baş tutacaq Almaniya – İspaniya matçında isə polşalı referi Bartoş Frankovski ədalət təmsilçisi olacaq. O da bu ay Azərbaycanda 4-cü dəfə oyun idarə etmək imkanı əldə edib. Yığma komandamızın qrup mərhələsinin ilk turunda Portuqaliyaya böyük hesabla (0:5) məğlub olduğu oyunun da baş hakimi Frankovski olub.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi

Yarımfinal

18 may

 

15:00. Portuqaliya - Hollandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya) 
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Qunnar Yarl Consson (İslandiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: Ludovik Mikallef (Malta)

“Dalğa Arena”


20:00. Almaniya - İspaniya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakim: Ville Nevalaynen (Finlandiya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Rudolf Zavrl (Sloveniya)

“Dalğa Arena”

0