[b]Yığmamızdan ardıcıl 2 məğlubyyət[/b]
28.08.2017 - 12:10
Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi daha iki oyun keçirib. Apasport.az saytının məlumatına görə, komandamız İtaliya və Ukrayna yığmaları ilə qarşılaşıb.
İlham Əzizzadənin başçılıq etdiyi milli hər 2 görüşdə məğlubiyyətə üzülüb. İtaliya təmsilçimizi 3:2, Ukrayna 4:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu mərhələnin birinci oyununda millimiz Almaniya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
0
0