[b]Yığmamızdan qollu heç-heçə[/b]
17.08.2016 - 15:41
Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Belarusun müvafiq yaş qrupundan olan yığması ilə görüşüb.
Millimiz 18-ci dəqiqədə Mərvə Özdəmirin qolu ilə hesabda öndə keçsə də, fasiləyədək qapısında iki top görüb. Çağla Mirayın 89-cu dəqiqədə vurduğu qol isə yığmamızı məğlubiyyətdən xilas edib – 2:2.
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən ilk qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.
0
0