[b]Yığmamızdan səfər qələbəsi[/b]
20.12.2016 - 09:17
[b]Yığmamızdan səfər qələbəsi[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan komandamız ikinci sınağına çıxıb.

 

Millimiz Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.

 

Qeyd edək ki, komandaların ilk oyununda meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanmışdı.