[b]Yığmamızdan yeni rekord[/b]
09.02.2017 - 13:52
[b]Yığmamızdan yeni rekord[/b]

Azərbaycan yığması FİFA-nın fevral reytinqində 89-cu yeri tutub. Apasport.az saytının məlumatına görə, bu nəticə fevral ayı üçün ən yüksək nəticədi.

 

Komandamız indiyədək heç vaxt ilin ikinci ayında belə yüksək mövqedə yer almamışdı. İndiyədək rekord 2014-cü ilə təsadüf etmişdi.

 

Həmin vaxt komandamız dünyanın 93-cü yerdə yer almışdı. İndi isə bu nəticə 4 pillə yaxşılaşdırılıb.

 

Ümumiyyətlə isə millimiz 4-cü dəfə fevralda “100-lük”də qərarlaşıb. 2000-ci ildə 98-ci, 2011-ci ildə 99-cu, 2014-cü ildə 93-cü olan komanda bu dəfə 9-cu “onluğ”a da düşüb.