[b]Yığmamızı arxada qoyan komanda İspaniya ilə bacarmadı[/b]
12.11.2016 - 10:21
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində pley-offa start verilib. Apasport.az saytının məlumatına görə, gələn il keçiriləcək final mərhələsinə son iki vəsiqəyə iddia edən 4 komanda ilk oyunlarına çıxıb.
Maraqlıdı ki, hər iki görüşdə 2 qol vurulub. Serbiya millisi öz meydanında Norveçi 2:0 hesabı ilə məğlub edib.
Qrupda Azərbaycan yığması ilə rəqib olmuş Avstriya isə İspaniyanı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, cavab oyunları noyabrın 15-də keçiriləcək.
0
0