Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə son matçını sabah keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusla qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, 2009-cu ildən turnirin daimi iştirakçısına çevrilən yığmamız üçün bu komanda ənənəvi rəqib sayılır.
Belə ki, əvvəlki 8 yarışdan 6-da Belarusla qarşılaşmışıq. Yalnız 2010 və 2012-ci illərdə üz-üzə gəlməyən rəqiblər ardıcıl 5-ci dəfə görüşəcək.
Bu matçlarda iki dəfə belaruslular qalib gəlib. Hər iki halda da minimal fərq qeydə alınıb. Digər 4 oyun isə bərabərliklə nəticələnib. Azərbaycan yığması qələbəyə həsrət qalmaqla Belarus sindromunu qıra bilməyib.
Düzdü, 4 heç-heçədən üçü pley-offa təsadüf etdiyindən qalib penaltilərlə müəyyənləşib. Yığmamız da iki dəfə bu yolla qalib gəlib.
Ümumiyyətlə isə bu rəqiblər matçlardan ikisi qrup mərhələsində, digərləri pley-offa baş tutub. Maraqlıdı ki, 5-ci, 7-ci, 11-ci və 13-cü yerlər uğrunda mübarizədə üz-üzə gələn komandalar bu dəfə də 9-cu yerin taleyinə aydınlıq gətirəcək.
Qrup mərhələsi
05.01.2009. Belarus - 0:1
Qrup mərhələsi
05.01.2011. Belarus - 0:0
11-ci yer uğrunda
13.01.2013. Belarus - 1:1, p.3:5
13-cü yer uğrunda
11.01.2014. Belarus - 1:1, p.4:2
5-ci yer uğrunda
11.01.2015. Belarus - 1:1, p.5:4
7-ci yer uğrunda
12.01.2016. Belarus - 1:2