[b]Yığmamızın futbolçusu oynadı, komandası uduzdu[/b]
14.01.2017 - 13:39
İspaniya çempionatının 2-ci liqasında XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” “Valyadolid”lə qarşılaşıb.
Milliləşən legionerimizin komandası evdə oynasa da, meydanı xalsız tərk edib. Belə ki, qonaqlar 1:0 hesabı ilə qalib gəlib.
Start heyətində meydana çıxan Eddi qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, 21 oyundan sonra 33 xala malik “Kadis” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
0
0