Azərbaycan yığmasının futbolçusu Elnur Cəfərovun İspaniya klubu “Ovyedo”ya keçidi rəsmiləşmək üzrədi. Bu barədə apasport.az saytına məlumatı 19 yaşlı yarımmüdafiəçinin atası Mail Cəfərov verib.
“Xəzər Lənkəran”ın qış fasiləsində transferə çıxardığı Cəfərov artıq uzun müddətdi Sequnda təmsilçisi ilə danışıqlar aparır.
Futbolçunun atası bu həftə məsələnin dəqiqləşəcəyini söyləyib: “Elnur hazırda burdadı. Menecer “Ovyedo” ilə danışıqları davam etdirir. Onu deyə bilərəm ki, iki gün ərzində bu məsələ öz həllini tapacaq. İnşallah, oğlumun keçidi baş tutacaq. Bu işdə AFFA rəhbərliyinin də bizə kömək etdiyini qeyd etməliyəm. Çünki “Xəzər Lənkəran”ın tələb etdiyi 30 min manat transfer məbləğini federasiya öz öhdəliyinə götürüb”.
Qeyd edək ki, “Ovyedo” İspaniya Sequndasında 33 turdan sonra 3-cü pillədə qərarlaşıb. Bu liqada isə ilk 2 pillənin sahibi birbaşa Primeroya vəsiqə qazanır. Digər xoşbəxt komanda isə 3-6-cı yerləri tutanlar arasında keçiriləcək pley-off oyunlarından sonra məlum olur. Bu isə o deməkdi ki, Elnur Cəfərov “Ovyedo”ya keçsə, gələn mövsüm Primeroda mübarizə apara bilər.
- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı