[b]Yığmamızın futbolçusu yenidən "İnter"də[/b]
22.08.2015 - 16:05
Bakının "İnter" klubu heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, AVRO-2015-in seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış etmiş Abdulla Abatsiyev yenidən paytaxt təmsilçisində çıxış edəcək.
Milliləşən rusiyalı ilə bu barədə razılıq əldə olunub. Belə ki, klub ilə 22 yaşlı yarımmüdafiəçi arasında birillik müddəti əhatə edən müqavilə imzalanıb.
Ötən mövsümdə də "İnter"də çıxış edən Abatsiyev 88 nömrəli formada çıxış edəcək.
0
0