[b]Yığmamızın oyunçusu cəzalandı[/b]
25.11.2016 - 09:29
[b]Yığmamızın oyunçusu cəzalandı[/b]

Futzal üzrə UEFA kubokunda elit-raundun II turunun qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin oyunçusu Vitali Borisovun şərəfini qoruduğu Serbiya “Ekonomak”ı İspaniyanın “İnter” klubu ilə görüşüb.

 

Balkanlılar hesabı açsa da, sonda buna peşman olub – 1:8. Həmyerlimiz bu qarşılaşmada sarı vərəqə ilə cəzalanıb. O, görüşün 17-ci dəqiqəsində hakimi əlini cibinə atmağa vadar edib.

 

Qeyd edək ki, ilk iki oyunda uduzan Serbiya çempionu “Dördlər finalı” şansını itirib.