[b]Yığmamızın oyunçusu üçün 90 dəqiqə[/b]
05.03.2017 - 19:29
[b]Yığmamızın oyunçusu üçün 90 dəqiqə[/b]

Almaniya II Bundesliqasında XXIII turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Bilefeld”lə qarşılaşıb.

 

Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Matça start heyətində başlayan milli üzvü 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 23 oyundan sonra aktivində 19 xal olan “Aue” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.