[b]Yığmamızın oyunu canlı yayımlanacaq[/b]
31.08.2017 - 10:16
[b]Yığmamızın oyunu canlı yayımlanacaq[/b]

21 yaşadək futbolçulardan ibarət yığmamız bu gün İsrailin qonağı olacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək görüş Akko şəhərində, “Munisipal” stadionunda baş tutacaq.

 

Qarşılaşma “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.