[b]Yığmamızın oyununda rumıniyalı hakimlər[/b]
28.08.2017 - 16:10
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsindəki ilk oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, avqustun 31-də İsraillə səfərdə keçiriləcək görüşü rumıniyalı hakimlər briqadasına tapşırılıb.
Akko şəhərində keçiriləcək görüşü Katalin Qaman idarə edəcək. Ona həmyerliləri Mirça Qriqoriu və Marius Nikoara köməkçi-hakim olacaq.
Matçın dördüncü hakimi funksiyasını isə Katalin Popa yerinə yetirəcək.
Qeyd edək ki, Akkodakı görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
0
0