Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Azərbaycan millisinin rəqibi Qazaxıstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz turnirə 26 futbolçu ilə hazırlaşacaq.
Bu gün təlim-məşq toplanışına start verən qazaxıstanlılar daha 7 futbolçunu ehtiyat oyunçular siyahısına daxil edib.
Qeyd edək ki, Azərbaycan, Litva, Slovakiya və Qazaxıstan milliləri 2017-ci ilin yanvarında keçirilən turnirin C qrupunda mübarizə aparacaq.
Qapıçılar: Adaşbek Abdirazanov (“Ordabası”), Vladislav Sazonov (“İrtış”), Ali Yantijanov (“Kayrat”);
Müdafiəçilər: Dinmuxamed Kaşken, Talqat Kusyapov, Saqi Sovet (hamısı “Astana”), Samat Bortay, Saqadat Tursınbay (hər ikisi “Ordabası”), Erasıl Amanjolov (“Atırau”), Aybar Nurdaliyev (“Kayrat”), Danil Kuznetsov (“İrtış”), Sanjar Batırxanov (“Jetısu”);
Yarımmüdafiəçilər: Aydos Oral, Janali Payruz (“Şaxtyor”), Darın Suyunov, Nuralı Alip, Saqınış Serikov (hamısı “Kayrat”), Batır Kudayberdınov (“İrtış”), Qavril Kan (“Taraz”), Muxit Jaksılık (“Ordabası”), Alibi Tuzakbayev (“Almatı”);
Hücumçular: Muxit Jaksılık (“Ordabası»), Sultan Astanov, Janibek Baytursınov, Marlen Aymanov (hamısı “Kayrat”), Vladislav Kvon (“Yenbek”);
Ehtiyat oyunçular: Madi Jakipbayev, Jasulan Kayrkenov, Sultan Saqınayev, Ruslan Maxan (hamısı “Astana”), Erkebulan Seydaxmet (“Montajnik”), Danil Ustimenko, Andrey Ulşin (hər ikisi “Kayrat”).