[b]Yığmamızın rəqibindən ilk[/b]
12.11.2016 - 11:16
[b]Yığmamızın rəqibindən ilk[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasında ilk qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Verder”in 21 yaşlı yarımmüdafiəçisi Zerqe Qnabri debüt matçında het-trik müəllifi olub.

 

O, AFR və ADR-ın birləşməsindən sonra bunu bacaran ilk futbolçu kimi tarixə düşüb. San-Marino ilə seçmə oyunundakı 8:0 hesablı qələbəyə 3 qolla töhfə verən Zerqe həm də son 40 ildə bunu reallaşdıran ilk alman olub.

 

Belə ki, 1976-cı ildə AFR millisində oxşar hadisə yaşanıb. Diter Müller AÇ-1976-nın final mərhələsinin Yuqoslaviya ilə görüşündə debütünü 3 qolla qeyd edib.