[b]Yığmamızın rəqibinin yekun heyəti bəlli oldu [/b]
22.04.2016 - 13:17
[b]Yığmamızın rəqibinin yekun heyəti bəlli oldu [/b]

U-17-lərin Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan daha bir komandanın heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Şotlandiyanın heyətində Bakıya gələcək 18 futbolçunun adı bəlli olub.

 

Millimizin digər rəqibi Portuqaliya 23 nəfərlik heyəti açıqladığı halda, şotlandlar yekun siyahını müəyyənləşdiriblər.

 

Baş məşqçi Skot Qemmillin açıqladığı heyətdən 14 futbolçu Şotlandiya, qalan 4 oyunçu isə İngiltərə klublarında çıxış edir. 

 

Qapıçılar: Aidan MakAdams (“Seltik”), Kiran Rayt (“Reyncers”)
Müdafiəçilər: Daniel Bur (“Harts”), Dan Meredit (“Vest Bromviç”, İngiltərə), Toni Qallaker (“Falkirk”), Lyam Heqarti (“Midlsbro”, İngiltərə), Aidan Uilson (“Reyncers”)    
Yarımmüdafiəçilər: Freser Hornbi (“Everton”, İngiltərə), Lyam Bart, Cek Tomson (hər ikisi “Reyncers”), Kil MakAllister (“Sent- Mirren”), Cordan Holsqrov (“Ridinq”, İngiltərə), Braqi Uatson (“Seltik”)    
Hücumçular: Zek Radden, Cek Adamson (hər ikisi “Reyncers”), Cek Aytçison (“Seltik”), Levis Morrison (“Kilmarnok”), Konnor MakLennan (“Aberdin”)

 

Qeyd edək ki, millimizin də yer aldığı A qrupunda Şotlandiya ilə yanaşı, Portuqaliya və Belçika yığmaları da mübarizə aparacaq.