[b]Yığmamızın rəqibinin zəif yeri[/b]
31.08.2017 - 18:31
[b]Yığmamızın rəqibinin zəif yeri[/b]

DÇ-2018-in seçmə mərhələsinin sabah keçiriləcək oyununda Azərbaycan millisi ilə qarşılaşacaq Norveç yığması qapısını toxunulmaz saxlamaqda çətinlik çəkir. Apasport.az saytının məlumatına görə, Skandinaviya təmsilçisi son 11 oyununun hamısında qol buraxıb.

 

Rəqibin bu zəif yeri millimizin səfərdə qol vurması ilə də nəticələnə bilər. Rəqibin seriyasını davam etdirmək əzmində olan yığmamız bu “11-lik”də öz izini qoyub. Belə ki, Norveçin qol buraxdığı matçlardan biri Bakıda baş tutub və millimiz qonaqları 1:0 hesabı ilə yenib.

 

Sonuncu dəfə 2016-cı il martın 29-da keçirilən Finlandiya ilə yoxlama matçında qapısını toxunulmaz saxlayan rəqibimiz 2:0 hesablı qələbə qazanmışdı. Ardınca 4 yoxlama matçına çıxan şimallılar 9 top buraxıb. Portuqaliyaya (0:3) uduzub, İslandiyanı (3:2) yenən Norveç yığması Belçika (2:3) və Belarusdan (0:1) da zəif olub.

 

DÇ-2018-in seçmə mərhələsində isə skandinaviyalılar hər oyunda qol buraxıb. Almaniya (0:3), Azərbaycan (0:1) üzərində məğlubiyyətlərdən sonra gələn San-Marino ilə matçdakı qələbə də (4:1) quru oyunla əlamətdar olmayıb. Növbəti 3 görüşdəki qələbəsizlik də rəqibimizin arxa xəttindəki problemləri göstərir. Çexiyaya 1:2, Şimali İrlandiyaya 0:2 uduzan rəqibimiz ardınca çexiyalılardan xal da alıb – 1:1. Rəqibimizin son matçı isə İsveçlə yoxlama oyunu olub. Bu görüşdə də 1:1 hesabı qeydə alınıb.

 

Beləliklə, 4 matçdı qələbə qazana bilməyən Norveç son 11 oyunda 20 top buraxıb.