21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixində 4-cü dəfə Finlandiya ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, AÇ-2017-nin seçmə mərhələsindəki son matçını Helsinkidə keçirəcək komandamız bunadək 3 dəfə skandinaviyalılarla üz-üzə gəlib.
Cari tsiklin Bakıdakı oyununda 0:1 hesabı ilə uduzan komandamız üçün AÇ-2004-ün seçmə matçları da uğursuz alınıb. Həmin vaxt da evdə 1 cavabsız qol buraxan yığmamız səfərdən böyükhesablı yenilgi ilə qayıtmışdı.
“Suomi”lərlə 3 matçda da uduzan komandamız nəinki xala, hətta qola da həsrətdi. Bu oyunlarda 5 top buraxan millimiz tilsimi qırıb, əvvəlki məğlubiyyətlərin revanşını almaq iddiasındadı.
Azərbaycan (U-21) – Finlandiya (U-21): Bütün oyunlar
11.10.2002. Finlandiya – Azərbaycan - 3:0
06.09.2003. Azərbaycan – Finlandiya - 0:1
13.10.2015. Azərbaycan – Finlandiya – 0:1