Azərbaycan millisinin (U-19) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənov Avropa çempionatının ilkin seçmə mərhələsi üçün 20 futbolçu sifariş edib.
Komandamız yarışda ilk oyununu İrlandiyaya qarşı keçirəcək. Oktyabrın 7-də serblərlə üz-üzə gələcək futbolçularımız son oyununda Kiprə qarşılaşacaq. Bu matç oktyabrın 10-na təsadüf edəcək.
Qapıçılar: Şahin Zəkiyev (İnter), Murad Popov (Qəbələ), Məmməd Hüseynov (Qarabağ)
Müdafiəçilər: Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi Beşiktaş, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov, Yusif Həsənov (hər üçü Qarabağ), Ricat Qarayev, Murad Qayalı (hər iksi İnter)
Yarımmüdafiəçilər: Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (Qarabağ), Murad Mahmudov (“Ayntraxt”, Almaniya), Fərid Nəbiyev (Slaviya, Çexiya), Rafael Məhərrəmli (İnter), Ekinçilər Barış (Bohum, Almaniya), Süleyman Əhmədov (Qarabağ), Ceyhun Muxtarlı (İnter)
Hücumçular: İbrahim Əliyev (Qarabağ), Doğukan Oksuz (Trabzonspor)
Qeyd edək ki, qrup mərhələsinə İrlandiya ev sahibliyi edəcək.
Mənbə: affa.az
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”