Azərbaycan yığmasının futbolçusu Tuğrul Erat Almaniyada növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçinin komandası “Duysburq” III Bundesliqada 3-cü tur görüşünü keçirib.
“Duysburq” “Preussen Münster”lə səfərdə üz-üzə gəlib. 19-cu dəqiqədə qonaqlar hesabı açsalar da, bu üstünlüyü sona yaxın əldən veriblər və qarşılaşma 1:1 hesabı ilə nəticələnib. Meydana start heyətində daxil olan Erat isə 61-ci dəqiqədə komanda yoldaşı Andreas Veyqlla əvəzlənib.
Qeyd edək ki, aktivindəki xalların sayını 5-ə çatdıran “Duysburq” 3 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
- “Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək