Azərbaycan millisinin yoxlama oyunundakı rəqibi Kosovonun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, balkanlılar fevralın 2-də baş tutacaq yoxlama oyununa 21 futbolçu ilə hazırlaşacaq.
Baş məşqçi Muharrem Sahiti Türkiyənin Antalya şəhərindəki görüşdə əsasən yerli çempionatda çıxış edən futbolçulara şans verəcək. O, toplanışa 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu çağırıb.
Qapıçılar: Blerdar Haydini (“Trepça”), Visar Bekay (“Priştina”), Faton Maloku (“Feronikeli”);
Müdafiəçilər: Visar Berişa (“Ballkani”), İlir Blakqori (“Llapi”), Ardian Limani (“Drita”), Armend Thaqi (“Qyilani”), Arber Potoku (“Trepça”), Ahmet Haliti (“Feronikeli”);
Yarımmüdafiəçilər: Florent Hasani (“Trepça”), Lorik Boşnyaku (“Priştina”), Mentor Zhdrella, Hamdi Namani (hər ikisi “Llapi”), Ron Broya (“Şkupi”), Meriton Korenisa, Alush Qavazay (hər ikisi “Liria”), Şevdet Şabani (“Drita”);
Hücumçular: Mendurim Hoti (“Feronikeli”), Genc Hamiti (“Drenisa”), Mirlind Daku (“Llapi”), Leotrim Kryeziu (“Drita”).