[b]Yığmanın baş məşqçisi cəzalandı[/b]
08.07.2017 - 17:03
[b]Yığmanın baş məşqçisi cəzalandı[/b]

Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, FİFA-nın İntizam Komitəsi çalışdırıcını 6 rəsmi oyunluq cəzaya layiq bilib.

 

Buna kolumbiyalının Konfederasiyalar kubokunun Portuqaliya ilə görüşündəki (1:2) hərəkətləri səbəb olub. Yarımfinal oyunu zamanı hakimləri təhqir edən, onlara qarşı aqressiv davranması üzündən Osorio əlavə cərimə də ödəməlidi. O, 5 min İsveçrə frankı cərimələnib.

 

Qeyd edək ki, Osorio KONKAKAF kuboku zamanı cəzasını çəkməlidi.