“Zirə” daha bir futbolçu ilə vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, Yovan Krnetanın da paytaxt klubundan ayrılmaq ehtimalı yüksəkdi.
“Zirə” rəhbərliyi müqaviləsi başa çatmış müdafiəçiyə yeni sözləşmə təklif edib. Lakin serbiyalı futbolçu hələ bu təklifə “hə” cavabını verməyib.
Xarici ölkələrdən təkliflər alan Krneta qərar verməkdə tələsmək istəmir. 24 yaşlı futbolçu baş tutacağı təqdirdə, karyerasını daha güclü çempionatda davam etdirmək arzusundadı.
Krneta da “Zirə”dən getsə, bu, paytaxt təmsilçisində 11-ci ayrılıq olacaq. Belə ki, bundan öncə Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez və Nelson Bonilla da komanda ilə yollarını ayırıb.
Qeyd edək ki, Krneta Topaz Premyer Liqasının 2015/2016 mövsümündə 30 oyunda iştirak edib.