[b]Krnetanın vəziyyətinə aydınlıq gəldi [/b]
25.02.2016 - 13:43
[b]Krnetanın vəziyyətinə aydınlıq gəldi [/b]

“Zirə”nin serbiyalı futbolçusu Yovan Krnetanın durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Neftçi” ilə keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

 

Hazırda zədədən əziyyət çəkən Krneta gələn həftədən kollektivlə birgə məşqlərə qatılacaq. Baş məşqçi Adil Şükürovun daim əsas heyətdə şans verdiyi futbolçu ölkə çempionatının XXIV turuna yetişəcək. Krneta “Qarabağ”la həmin turda keçiriləcək görüşdə meydana çıxa biləcək.

 

“Zirə”nin digər zədəliləri – Elvin Məmmədov və Dieqo Souza da “Neftçi” ilə oyunu buraxacaqlar. Məmmədovla müqayisədə, Souzanın durumu normal olsa da, bu onun “ağ-qaralar”a qarşı oynaması üçün yetərli deyil.

 

Qeyd edək ki, fevralın 27-də keçiriləcək “Zirə” – “Neftçi” qarşılaşması saat 15:00-da start götürəcək.