[b]Yubiley oyununda gələn qol[/b]
16.05.2016 - 12:16
[b]Yubiley oyununda gələn qol[/b]

Araz Abdullayev kapitanı olduğu “Neftçi”nin heyətində 200-cü oyununu keçirib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının XXXV turunun “İnter”lə ev oyununa təsadüf edib.

 

Bunadək “ağ-qaralar”ın heyətində bütün turnirlərdə ümumilikdə 199 matç keçirən Abdullayev komandasının 4:2 hesablı əzmkar qələbə qazanmasına 1 qolla da töhfə verib. Bu, onun 200-cü matçda 31-ci qolu olub.

 

Araz ardıcıl 2-ci tur “Neftçi”də yubiley qeyd edir. XXXIV turun “Kəpəz”lə səfər matçında Premyer Liqada 150-ci oyununa çıxan yarımmüdafiəçi 200 matçın artıq 151-ni çempionatda keçirib. O, ölkə kubokunda 27, Superkubokda 1, avrokuboklarda 21 dəfə ağ-qara forma geyinib.

 

Qeyd edək ki, Araz Abdullayev 2008/09 mövsümündə debüt etdiyi “Neftçi”nin indiki heyətində komandada ən çox oyun keçirən futbolçudu.