[b]Yunanıstan yığmasının üzvü “Qarabağ”la oyuna yetişəcəkmi?[/b]
29.10.2016 - 11:12
[b]Yunanıstan yığmasının üzvü “Qarabağ”la oyuna yetişəcəkmi?[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK Ağdam təmsilçisi ilə qarşılaşma öncəsi ölkə çempionatında kritik matça çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Saloniki klubu sabah Super Liqanın VII turunda AEK-i qəbul edəcək.

 

Görüşün hazırlıqlarını davam etdirən Vladimir İviçin yetirmələri bu gün son məşqə çıxacaqlar. Komandanın heyətlə bağlı ciddi problem yaşamaması İviçi sevindirməyə bilməz. PAOK-un yeganə itkisi Dimitris Pelkasdı. Fərdi məşqlərlə kifayətlənən Yunanıstan millisinin yarımmüdafiəçisi sabahkı qarşılaşmanı buraxmalı olacaq. Lakin həkimlər 23 yaşlı oyunçunun “Qarabağ”la oyuna yetişəcəyini bildiriblər.

 

Qeyd edək ki, PAOK – “Qarabağ” matçı noyabrın 3-də keçiriləcək.