[b]Yunis Hüseynovun qələbə şərhi: Bunun üçün çalışırdıq[/b]
18.10.2015 - 19:24
[b]Yunis Hüseynovun qələbə şərhi: Bunun üçün çalışırdıq[/b]

“Biz qələbə üçün çalışırdıq, bunu da bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında AZAL-la qarşılaşan cənubluların çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb:

 

“Qələbə qazansaq da, oyunun çətin keçdiyini deməliyəm. Bildiyiniz kimi, biz “Qəbələ”yə uduzmuşduq. Həmin ağır məğlubiyyətdən sonra gərginlik vardı. Gərginliyi fərdi söhbətlərdən sonra aradan qaldırıb, AZAL-ı düzgün şəkildə təhlil etdik. Qarşıda bizim ağır oyunlarımız var və həmin görüşlərə hazırlaşmalıyıq”