“Bizi “Kəpəz”lə çətin oyun gözləyir. Bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Topaz Premyer Liqasının XXX turunda “Kəpəz”in qonağı olacaq “bankirlər” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Oyunla bağlı klubun rəsmi saytına danışan gürcüstanlı mütəxəssis heyətdəki problemlərdən də bəhs edib: “Oyuna ciddi hazırlaşırıq. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olacaqlar. Heyətdəki prolemlərə gəlincə, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidilər. Abbas Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadı. Bildiyiniz kimi, Rauf Əliyev artıq komanda ilə məşq edir və “Kəpəz”lə matçda “18-liy”ə salınacaq. Qarşıdakı oyunu buraxacaq futbolçularımızdan biri də sarı vərəqə limitini dolduran Sezar Meza Kollidi”.
Qeyd edək ki, “Kəpəz” – “İnter” oyunu aprelin 16-da keçiriləcək.
- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı