[b]Zaur Svanadze: Penalti epizoduna uzaq idim[/b]
16.04.2016 - 15:50
[b]Zaur Svanadze: Penalti epizoduna uzaq idim[/b]

"Birinci hissədə ərazi üstünlüyü bizim tərəfimizdə idi. Buna baxmayaraq, 1 xalı çətinliklə qazandıq. Komandamın çıxışından razı qaldım.”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XXX turunda “Kəpəz”in qonağı olan “bankirlər” meydandan 1 xalla ayrılıblar.

 

Matçdan sonra “CBC-Sport” telekanalına fikirlərini bölüşən Svanadze “Rəqibin ilk hissədə qapımıza doğru 1 zərbəsi oldu. O da penalti sonra hesabı açdılar. Biz isə bərabərlik qolunu fasilədən sonra vurduq. Artıq bu matçı unudub, növbəti turu düşünməliyik. Qarşıda bizi çətin oyunlar gözləyir”.

 

Gürcüstanlı çalışdırıcı penalti epizodu haqda danışmaq istəməyib: “Həmin epizoda uzaq idim. Buna görə də, konkret heç nə deyə bilmərəm. Epizodun videotəkrarını izlədikdən sonra bu barədə danışmaq mümkündü”.