Roberto Karlos gələn həftədən “Real”da işinə başlayacaq. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssisin vəzifəsi də məlumdu.
“Kral klubu”nun rəhbərliyi əfsanəvi braziliyalını baş məşqçi Zinəddin Zidana köməkçi gətirmək fikrində idi. Onunla ilkin razılıq da bu yöndə əldə edilmişdi. Lakin fransalı çalışdırıcı Karlosu məşqçilər korpusunda görmək istəməyib.
Bu səbəbdən madridlilər “sambaçı”nı köməkçi-məşqçi yox, gənclər yığmasının baş məşqçisi vəzifəsinə gətirir. O, həm də klubun akademiyasının ümumi nəzarətçilərindən biri olacaq.
Qeyd edək ki, Zinəddən Zidan və Roberto Karlos 2001-2006-cı illərdə “Real”da çiyin-çiyinə çıxış ediblər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı