[b]Zidanın daha bir oğlu “Real”ın əsas heyətində[/b]
09.07.2017 - 21:33
“Real” 2017/2018 mövsümü üçün heyətdə olacaq qapıçılarla bağlı qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, “kral klubu”nun iştirak ərizəsində üç qapıçı yer alacaq.
Onların arasında “Real”ın baş məşqçisi Zinəddin Zidanın 19 yaşlı oğlu Luka Zidan da var.
Luka mövsüm ərzində “Real”ın 3-cü qapıçısı olacaq.
Komandanın əsas çərçivə qoruyucusu yenə də Keylor Navasdı. Kiko Kasiley isə ikinci qapıçı funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, fransız əfsanənin daha bir oğlu – Enzo Zidan da komandada yer alır.
0
0