[b]Zidanın maaşı artırıldı[/b]
05.08.2016 - 13:48
Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidanın qazancı yeni mövsümdən artacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi fransalı çalışdırıcının məvacibini təxminən 2 dəfə artırmağa qərar verib.
Belə ki, Zidan bundan sonra “qalaktikos”da ilinə 5,5 milyon avro qazanacaq. Ötən mövsüm isə bu məbləğ 2,7 milyon avroya bərabər idi.
Qeyd edək ki, məşqçilik fəaliyyətinə 2014-cü ildə “Real”ın ikinci komandasında başlayan “Zizu” bu ilin əvvəlindən Madrid klubunun əsas komandasına rəhbərlik edir.
0
0