[b]Zirədə baş məşqçilər üçün xüsusi oyun[/b]
06.08.2016 - 16:32
[b]Zirədə baş məşqçilər üçün xüsusi oyun[/b]

Topaz Premyer Liqasının bu gün keçiriləcək “Zirə” – “Sumqayıt” qarşılaşması hər iki komandanın baş məşqçisi üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, mütəxəssislər yubiley qarşılaşmalarına çıxacaq.

 

Qəsəbə klubunun baş məşqçisi Adil Şükürov “Zirə”ni 40-cı dəfə rəsmi matça çıxarmaq imkanı qazanıb. Əvvəlki 39 oyunda onun yetirmələri 18 qələbə əldə edib, 11 heş-heçəylə kifayətlənib və 10 dəfə yenilib. Bu görüşlərin 36-sı çempionat, 3-ü kuboka təsadüf edib.

 

Samir Abasov isə “Sumqayıt”ı Premyer Liqada 30-cu dəfə meydana çıxaracaq. Onun yetirmələri çalışdırıcıya yubiley – 10-cu qələbə də bəxş edə bilər. Belə ki, əvvəlki 29 oyunda Abasov 9 qələbə, 8 heç-heçə və 12 məğlubiyyət görüb.