[b]Zirədə qalmaqal: Polis azarkeşi bölməyə aparmaq istədi[/b]
16.10.2016 - 19:56
[b]Zirədə qalmaqal: Polis azarkeşi bölməyə aparmaq istədi[/b]

Topaz Premyer Liqasının VIII turu çərçivəsində hazırda keçirilən “Zirə” – “Neftçi” matçında insident yaşanıb. Apasport.az saytının məlumatına görə, hadisə “ağ-qaralar”ın azarkeşləri ilə polis arasında baş verib.

 

Buna bir azarkeşin üzünü “Neftçi” rəhbərliyi oturan lojaya tutaraq, onları təhqir etməsi səbəb olub.

 

Nəticədə polis əməkdaşları həmin şəxsi bölməyə aparmaq istəyiblər. Lakin digər fanatların müdaxiləsindən sonra polis fikrindən daşınıb.

 

Qeyd edək ki, ikinci hissəsi oynanılan qarşılaşmada “Zirə” 2:0 hesabı ilə öndədi.

0