“Bayer”də ciddi itki: 10-cu saniyədə zədələndi, gələn il sağalacaq
13.09.2016 - 20:22
“Bayer”də ciddi itki: 10-cu saniyədə zədələndi, gələn il sağalacaq

Bundesliqa klublarından “Bayer” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi komandanın liderlərindən biri olan Karim Bellarabinin xidmətindən məhrum olub.

 

Bundesliqada “Hamburq”la oyunun 10-cu saniyəsində zədələnən yarımmüdafiəçi haqqında həkimlər əməliyyat qərarı veriblər. Dizaltı vətərlərindən xəsarət alan oyunçu üçün bu il başa çatıb.

 

Almaniya millisinin də formasını geyinmiş futbolçu əməliyyat və bərpa prosesindən sonra ən yaxşı halda 2017-ci ildə yaşıl meydanlara dönə biləcək.

0