[b]"Həddindən artıq pis çıxış etdik" – MÜSAHİBƏ[/b]
09.02.2017 - 23:05
[b]"Həddindən artıq pis çıxış etdik" – MÜSAHİBƏ[/b]

Qış fasiləsindən sonra keçirdiyi üçüncü oyunda məğlub olan “İnter” “Neftçi” ilə matçlardakı sindromunu qıra bilmədi. Oyundan sonra meydan sahiblərinin rumıniyalı müdafiəçisi Adrian Skarlatake apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- “İnter” sanki əvvəlki oyununu ortaya qoya bilmədi. Səbəbi nə idi?

- Həqiqətən də çox pis oynadıq. Oyuna arzuolunmaz şəkildə başladıq. Hesab 0:0 olan zaman qol vurmaq üçün şansımız var idi. Amma istifadə edə bilmədik. Oyunumuzun alınmamasında limitin də rolu oldu. Həm də uğursuz start matçın taleyini həll etdi.

 

- “Neftçi”nin bu cür çıxışı sürpriz olmadı?

- “Neftçi” heç də bizdən üstün oyun nümayiş etdirmədi. Onlar normal futbol oynadılar. Biz həddindən artıq pis çıxış etdik. Şanslarımız oldu, amma onları realizə edə bilmədik. Təbii ki, həmin epizodları düzgün dəyərləndirsəydik, qələbə qazanmaq şansımız var idi.

 

- Xüsusilə də birinci qolda müdafiə xətti kobud səhvə yol verdi, inamsız oynadı...

- Əvvəlki oyunda müdafiənin yaxşı, bu dəfə pis oynadığını deyə bilmərəm. Yəni biz komanda olaraq uduzmuşuq. Məğlubiyyəti müdafiənin və ya hücumun üzərinə atmaq olmaq. Komandanı hissələrə bölmək istəmirəm.

 

- Bəlkə motivasiya yox idi?

- Razı deyiləm, biz də qələbə qazanmaq istəyirdik. Bir oyunu uduzmuşuq, başa düşürəm, amma hər şeyi itirdiyimiz anlamına gəlməməlidi. Sadəcə, oyunumuz alınmadı. Ancaq mübarizə davam edir.

 

- Son 2 oyunda 5 xal itirdiniz. Bu templə davam etsəniz avrokubok zonasından uzaqlaşmaq qorxusu varmı?

- Bizim Avropa Liqasına getmək şansımız var. Cəmi bir oyun uduzmuşuq. İndiki məqamda ən yaxın izləyicimiz olan “Zirə”ni 9 xal (Əslində, son turda qələbə qazanan “Sumqayıt” 4-cü pilləyə yüksəlib və xal fərqini 7-yə endirib – red.) qabaqlayırıq. Heç nəyi itirməmişik. Qarşıda kifayət qədər oyunlarımız var.