"Səbail" Emin Cəfərquliyevin də transferini rəsmən açıqlayıb. Apasport.az paytaxt klubunun facebookdakı rəsmi səhifəsinə istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq AZAL klubunda kapitanlıq sarğısını daşıyan Cəfərquliyev millimizin heyətində də çıxış edib. Cəfərquliyev, həmçinin "Neftçi", "Bakı", "Karvan", MOİK, "Simurq", "Sumqayıt", "Araz-Naxçıvan" və "Şuşa"nın da formasını tərlədib.
Qeyd edək ki, "Səbail" daha öncə Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu, Raul Yaqubzadə və Vüqar Nadirovun da transferini rəsmən açıqlamışdı.