Abramoviç “kisənin ağzını açdı”
25.02.2016 - 14:43
Abramoviç “kisənin ağzını açdı”

“Çelsi”nin sahibi Roman Abramoviç yayda klubun transfer bazarında fəallıq göstərməsini istəyir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı biznesmen bunun üçün 130 milyon funt-sterlinq ayıracaq.

 

Bu məbləğ 4 futbolçunun transferi üçün nəzərdə tutulub. Onların sırasında “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal və “Everton”un müdafiəçisi Con Stounz da var. “Zadəganlar”ın diqqət mərkəzindəki digər 2 futbolçunun adı isə açıqlanmır.

 

Bununla yanaşı, Abramoviç komandanın baş məşqçisi postuna İtaliya yığmasının çalışdırıcısı Antonio Konteni gətirmək arzusundadı.

 

Qeyd edək ki, Qus Hiddinkin başçılıq etdiyi “Çelsi” hazırda İngiltərə çempionatında 12-ci pillədə qərarlaşıb.