Abramoviçdən Quus Hiddinkə fərqli təklif
02.03.2016 - 22:56
Abramoviçdən Quus Hiddinkə fərqli təklif

Rusiyalı milyarder Roman Abramoviç sahibi olduğu “Çelsi”yə hazırda baş məşqçilik edən Quus Hiddinkə yeni vəzifə təklif edib. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, yəhudi əsilli iş adamı holland mütəxəssisi öz məsləhətçisi etmək istəyir.

 

Müvəqqəti olaraq Joze Mourinyodan boşalan posta keçən Hiddink London klubuna uzun müddətdən sonra uğurlu seriya qazandıra bilib. Bu nailiyyətinə görə, ona daimi əsasda iş təklif olunsa da, 69 yaşlı mütəxəssis qocaldığını əsas gətirərək, imtina edib.

 

Qeyd edək ki, Hiddink rəhbərlik etdiyi dövrdə “Çelsi” ardıcıl 11 oyundu ki, məğlub olmur.